Samir Abasovla yolları ayırıb

"Sumqayıt" klubu “Neftçi” ilə əldə olunmuş razılıq və şəxsi istəyi nəzərə alınaraq baş məşqçi Samir Abasovla yolları ayırıb. Bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb. S.Abasovla müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2022-ci ildən komandanın "sükanı arxasında" idi